Edvard Karvardin: “Ötən il uşaqlar üçün çox çətinliklər olub”

Edvard Karvardin: “Ötən il uşaqlar üçün çox çətinliklər olub” “Ötən il Azərbaycanda və dünyada uşaqlar üçün çox çətinliklər olub – amma bu gün qarşıdakı günlərin və ayların daha parlaq olacağı, bütün uşaqlar və ailələr üçün imkanlarla dolu olacağı ümidi ilə birləşmişik”
Sosial müdafiə
1 İyun , 2021 13:06
Edvard Karvardin: “Ötən il uşaqlar üçün çox çətinliklər olub”
Edvard Karvardin

“Ötən il Azərbaycanda və dünyada uşaqlar üçün çox çətinliklər olub – amma bu gün qarşıdakı günlərin və ayların daha parlaq olacağı, bütün uşaqlar və ailələr üçün imkanlarla dolu olacağı ümidi ilə birləşmişik”.

“Report” xəbər verir ki, bunu “UNICEF”in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı feysbukda yazdığı təbrik mesajında deyib.

“Uşaqlar ümid, fürsət, yaradıcılıq və gələcəyi təmsil edirlər. Gəlin bu Uşaqlar Gününü uşaqların sağlamlığını, təhsilini, onların müdafiəsini və ləyaqətinin qorunmasını dəstəkləmək üçün hər bir uşağa ilk anlarından yetkinlik yaşınadək yatırım etmək öhdəliyimizi yeniləmək üçün istifadə edək”, – E.Karvardin deyib.

O, həmçinin bütün Azərbaycan uşaqlarını təbrik edib.

Son xəbərlər

Orphus sistemi