Ədliyyə Nazirliyi notariat fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün müsahibə keçirəcək

Ədliyyə Nazirliyi notariat fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün müsahibə keçirəcək Müsahibə nazirliyin Qeydiyyat və Notariat Baş İdarəsinin inzibati binasında fərdi qaydada olacaq
Sosial müdafiə
3 Dekabr , 2015 16:14
Ədliyyə Nazirliyi notariat fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün müsahibə keçirəcək

Bakı. 3 dekabr. REPORT.AZ/ Şirvan şəhərində, Ağsu, Qobustan, Şəmkir, Yardımlı və Zərdab rayonlarında notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlərin müsahibəsi keçiriləcək. Ədliyyə Nazirliyinin İxtisas Komissiyasından "Report"a verilən xəbərə görə, dekabrın 9-dan etibarən keçiriləcək müsahibə nazirliyin Qeydiyyat və Notariat Baş İdarəsinin inzibati binasında fərdi qaydada olacaq.

Hər bir namizədə bu barədə əvvəlcədən məlumat veriləcək.

Xatırladaq ki, müsahibənin nəticələrinə əsasən elan olunan notarius vakansiyası üzrə ən yüksək bal toplayan namizədlər Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcək və təlimin yekunları üzrə qiymətləndirmədən müvəffəqiyyətlə keçənlərə notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin verilməsi məsələsinə baxılacaq.

Son xəbərlər

Orphus sistemi