Ədliyyə Nazirliyi 17 qeyri-kommersiya hüquqi şəxsi dövlət qeydiyyatına alıb

Ədliyyə Nazirliyi 17 qeyri-kommersiya hüquqi şəxsi dövlət qeydiyyatına alıb Bakı. 1 oktyabr. REPORT.AZ/ Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə Nazirliyin kollegiya iclası keçirilib.
Sosial müdafiə
1 Oktyabr , 2018 18:03
Ədliyyə Nazirliyi 17 qeyri-kommersiya hüquqi şəxsi dövlət qeydiyyatına alıb

Bakı. 1 oktyabr. REPORT.AZ/ Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə Nazirliyin kollegiya iclası keçirilib.

Bu barədə “Report”a Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

İclasda ölkə başçısının penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı 2017-ci il fevralın 10-da imzaladığı mühüm, proqram xarakterli sərəncamının bu istiqamətdə əməli tədbirlərin görülməsi üçün "yol xəritəsi" olduğu vurğulanıb, görülən işlərdən bəhs olunub.

Bildirilib ki, məhkumların islah olunmasında, cəzaların icrası qaydalarına və rejimə riayət edilməsində müstəsna əhəmiyyət kəsb edən məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi və cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi institutunun tətbiqi ilə bağlı görülən işlər təhlil olunaraq ümumiləşdirilib və nazirliyin kollegiya iclasında müzakirə edilib. Bu sahədə fəaliyyətin təkmilləşdirilməsi və dövlət başçısının sərəncamından irəli gələn tələblərə uyğun qurulması məqsədilə yeni qaydalar hazırlanıb.

Kollegiyada müzakirə olunaraq qəbul edilmiş Qaydalar bu humanist institutun tətbiqində kollegiallığın, şəffaflığın, obyektivliyin və ictimai iştirakçılığın təmin edilməsinə, məhkumların hüquq və qanuni mənafelərinin daha etibarlı qorunmasına yönəlib. Pilot qaydada bu sahədə fəaliyyət göstərəcək Komissiya Ədliyyə Nazirliyinin, o cümlədən penitensiar və tibb xidmətlərinin, habelə ictimaiyyət nümayəndələrindən ibarət tərkibdə formalaşdırılacaq, onun işinə probasiya xidmətinin əməkdaşları və psixoloqlar da cəlb olunacaq.

İclasda həmçinin penitensiar müəssisələrin, həbs edilmiş şəxslərin və məhkumların müşayiətinin təhlükəsizliyinin gücləndirilməsi, fövqəladə hallarda işin təşkili məsələlərini tənzimləyən, habelə icra sahəsində fəaliyyətin səmərəliliyinin artırılmasına yönələn normativ akt layihələrinə baxılaraq qəbul olunub.

Eyni zamanda kollegiyada ədliyyə orqanları tərəfindən əhaliyə göstərilən elektron xidmətlərə dair təqdimat keçirilib. Təqdimatda ədliyyə fəaliyyətində şəffaflığın artırılması, açıq hökumət prinsiplərinin təşviqi, vətəndaş məmnunluğunun yüksəldilməsi, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin və ədliyyə qurumlarına əlçatanlığın artırılması üzrə görülən işlər qeyd olunub, Nazirlik tərəfindən 31 elektron xidmətin göstərildiyi və bu xidmətlərdən istifadələrin sayının 11 milyonu ötdüyü bildirilib.

Vətəndaş cəmiyyətinin inkişafına dövlət dəstəyinin təzahürü olaraq iclasda 17 qeyri-kommersiya hüquqi şəxs dövlət qeydiyyatına alınıb.

Son xəbərlər

Orphus sistemi