Ədliyyə naziri yanında İctimai Komitənin səlahiyyət müddəti başa çatır

Ədliyyə naziri yanında İctimai Komitənin səlahiyyət müddəti başa çatır Bununla əlaqədar qurumun yeni tərkibinin formalaşdırılması nəzərdə tutulur
Sosial müdafiə
2 İyun , 2017 15:57
Ədliyyə naziri yanında İctimai Komitənin səlahiyyət müddəti başa çatır
Report

Bakı. 2 iyun. REPORT.AZ/ Ədliyyə naziri yanında İctimai Komitənin iki illik səlahiyyət müddəti başa çatır.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, müvafiq qaydalara uyğun olaraq fəaliyyət göstərən İctimai Komitənin iki illik səlahiyyət müddətinin bu il iyun ayının 25-də başa çatması ilə əlaqədar qurumun yeni tərkibinin formalaşdırılması nəzərdə tutulur.

Bununla əlaqədar tərkibi millət vəkillərindən, nüfuzlu ictimaiyyət nümayəndələrindən, alimlərdən, din xadimlərindən və aidiyyəti orqanların təmsilçilərindən ibarət olan Seçki Komissiyası tərəfindən İctimai Komitə üzvlərinin fəaliyyəti təhlil edilərək qiymətləndirilir, namizədlər arasında seçim aparılır.

İctimai Komitənin fəaliyyətində iştirak etmək istəyən müvafiq sahələr üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatları və hüquq müdafiəçiləri öz proqram və təklifləri ilə Ədliyyə Nazirliyinə - Seçki Komissiyasına müraciət edə bilərlər. Müraciətə həmçinin, namizədin ərizəsi, onun barəsində ətraflı məlumat, o cümlədən əmək fəaliyyətini, təhsilini xarakterizə edən sənədlər əlavə edilməlidir.

Son xəbərlər

Orphus sistemi