Ədliyyə naziri vətəndaşları qəbul edəcək

Ədliyyə naziri vətəndaşları qəbul edəcək Qəbul saat 11:00-da Kürdəmir şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək
Sosial müdafiə
146
19 Yanvar , 2015 09:44
Ədliyyə naziri vətəndaşları qəbul edəcək

Bakı. 19 yanvar. REPORT.AZ/ Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən yanvarın 22-də Kürdəmir rayonunda vətəndaşların qəbulu keçiriləcək. “Report”un xəbərinə görə, qəbulda Kürdəmir, Ucar, Zərdab və Ağsu rayonlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Qəbul saat 11:00-da Kürdəmir şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək.

Vətəndaşlar qəbula Göyçay regional ədliyyə şöbəsi (ünvan: Göyçay şəhəri, Nizami küçəsi, 111, əlaqə telefonu: (02027) 4-30-41, (050) 383-89-92), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 21-04), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Kürdəmir şəhəri Heydər Əliyev Mərkəzində yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

Son xəbərlər

Orphus sistemi