Ədliyyə naziri Tovuzda vətəndaşlarla görüşəcək

Ədliyyə naziri Tovuzda vətəndaşlarla görüşəcək Görüşdə Tovuz, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq
Sosial müdafiə
23 May , 2017 19:00
Ədliyyə naziri Tovuzda vətəndaşlarla görüşəcək

Bakı. 23 may. REPORT.AZ/ Ədliyyə naziri Fikrət Məmmədov Tovuz rayonunda vətəndaşları qəbul edəcək. 

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Tovuz rayonu Olimpiya İdman Kompleksində mayın 26-da keçiriləcək görüşdə Tovuz, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbula Şəmkir regional ədliyyə idarəsi (ünvan: Şəmkir şəhəri, Heydər Əliyev prospekti 2, əlaqə telefonu: (02230) 5-48-81, 5-82-50, (050) 396-91-20), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Tovuz rayonu Olimpiya İdman Kompleksində yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

Son xəbərlər

Orphus sistemi