Ədliyyə naziri Şabran rayonunda vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Şabran rayonunda vətəndaşları qəbul edəcək Qəbulda Şabran, Siyəzən və Xızı rayonlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq
Sosial müdafiə
1 Fevral , 2016 16:05
Ədliyyə naziri Şabran rayonunda vətəndaşları qəbul edəcək

Bakı. 1 fevral. REPORT.AZ/ Ədliyyə naziri Fikrət Məmmədov fevralın 3-də Şabran rayonunda vətəndaşların qəbulunu keçirəcək.

Bu barədə “Report”a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qəbulda Şabran, Siyəzən və Xızı rayonlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Qəbul saat 11:00-da Şabran rayonu Heydər Əliyev Mərkəzində (ünvan: Şabran şəhəri, Heydər Əliyev prospekti, 60A) keçiriləcək.

Vətəndaşlar qəbula Xaçmaz regional ədliyyə şöbəsi (ünvan: Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12, əlaqə telefonu: (01865) 5-57-45, (01865) 5-18-42), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Şirvan rayonu Heydər Əliyev Mərkəzində yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

Son xəbərlər

Orphus sistemi