Ədliyyə naziri Qaxda vətəndaşları qəbul edib

Ədliyyə naziri Qaxda vətəndaşları qəbul edib Fikrət Məmmədov Qaxda yerli məhkəmə və ədliyyə orqanlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub
Sosial müdafiə
8 İyul , 2016 15:25
Ədliyyə naziri Qaxda vətəndaşları qəbul edib

Bakı. 8 iyul. REPORT.AZ/ Ədliyyə naziri Fikrət Məmmədov iyulun 8-də Qax rayonundakı Heydər Əliyev Mərkəzində Qax, Zaqatala və Balakən rayonlarının sakinlərini qəbul edib. 

Bu barədə "Report"a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xəbərə görə, qəbul zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə digər müxtəlif məsələlərlə bağlı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Ədliyyə naziri Qaxda yerli məhkəmə və ədliyyə orqanlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub, hakimlər və ədliyyə işçiləri ilə görüşərək korrupsiyaya şərait yaradan halların aradan qaldırılması, şəffaflığın artırılması, qərarların ədalətliliyinin təmin edilməsi, eləcə də qərəzli yanaşmanın yolverilməzliyi, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, etik davranış qaydalarına ciddi riayət olunması ilə bağlı dövlət başçısının tələblərini diqqətə çatdırıb, amnistiya qərarının və cinayət qanunvericiliyinə iqtisadi sahədə bəzi cinayətlərin dekriminallaşdırılması ilə bağlı edilmiş yeni dəyişikliklərdən irəli gələn vəzifələrin vaxtında və dürüst icrasının təmin olunması üzrə və digər aidiyyəti tövsiyə və tapşırıqlarını verib.

Son xəbərlər

Orphus sistemi