Yuxarı

Ədliyyə naziri Gədəbəydə vətəndaşları qəbul edəcək

Qəbulda Gədəbəy, Şəmkir və Tovuz rayonlarında yaşayan vətəndaşların müraciətlərinə baxılacaq

Bakı. 21 iyun. REPORT.AZ/ Ədliyyə naziri Fikrət Məmmədov Gədəbəy rayonunda vətəndaşları qəbul edəcək. 

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbul iyunun 24-də olacaq. Qəbulda Gədəbəy, Şəmkir və Tovuz rayonlarında yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbula Şəmkir regional ədliyyə şöbəsi (ünvan: Şəmkir şəhəri, Heydər Əliyev prospekti 2, əlaqə telefonu: (02230) 5-48-81, (050) 396-91-20), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə, habelə Gədəbəy Rayon Mədəniyyət Evində yazıla bilərlər.

Eyni zamanda, vətəndaşlar Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına da (www.exidmet.justice.gov.az) müraciət edə bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi