Ədliyyə naziri Beyləqanda vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Beyləqanda vətəndaşları qəbul edəcək Qəbul martın 16-da olacaq
Sosial müdafiə
13 Mart , 2017 13:36
Ədliyyə naziri Beyləqanda vətəndaşları qəbul edəcək

Bakı. 13 mart. REPORT.AZ/ Ədliyyə naziri Fikrət Məmmədov martın 16-da Beyləqan rayonunda vətəndaşların qəbulunu keçirəcək.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Beyləqan rayonu Heydər Əliyev Mərkəzində (ünvan: Beyləqan şəhəri, Heydər Əliyev prospekti) keçiriləcək qəbulda Beyləqan, İmişli, Füzuli və Xocavənd rayonlarında yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbula İmişli regional ədliyyə idarəsi (ünvan: İmişli şəhəri, S.Qazıyeva küçəsi, bina 12a; əlaqə telefonu: (02124) 6-26-94, 050 449-59-57), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Beyləqan rayonu Heydər Əliyev Mərkəzində yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

Son xəbərlər

Orphus sistemi