Yuxarı
    Bağlamaq

    Ədliyyə naziri Balakən rayonunda vətəndaşları qəbul edəcək

    Qəbulda Balakən, Qax və Zaqatala rayonlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq

    Bakı. 27 dekabr. REPORT.AZ/ Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov dekabrın 30-da Balakən rayonunda vətəndaşları qəbul edəcək.

    Ədliyyə Nazirliyindən "Report"a verilən məlumata görə, qəbulda Balakən, Qax və Zaqatala rayonlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

    Qəbul saat 11:00-da Balakən Rayon Mədəniyyət Mərkəzində (ünvan: Heydər Əliyev prospekti, 42) keçiriləcək.

    Məlumatda bildirilir ki, vətəndaşlar qəbula Şəki regional ədliyyə şöbəsi (ünvan: Şəki şəhəri, 20 yanvar küçəsi 94, əlaqə telefonu: (02424) 4-34-48; 4-43-47), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə, eləcə də Balakən Rayon Mədəniyyət Mərkəzində yazıla bilərlər.

    Eyni zamanda vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi