DSMF sədrinin müavini: "Əmək pensiyalarının sığorta hissəsinin artırılması pensiyaçıların 95 faizinə şamil olunacaq"

DSMF sədrinin müavini: "Əmək pensiyalarının sığorta hissəsinin artırılması pensiyaçıların 95 faizinə şamil olunacaq" "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsinə il ərzində 38,9 milyon manat əlavə vəsait yönəldiləcək"
Sosial müdafiə
26 Yanvar , 2016 12:08
DSMF sədrinin müavini: Əmək pensiyalarının sığorta hissəsinin artırılması pensiyaçıların 95 faizinə şamil olunacaq

Bakı. 26 yanvar. REPORT.AZ/ "Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında" sərəncama əsasən, 2015-ci il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq, bu ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdiriləcək". 

"Report" xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədrinin müavini Zakir Babayev yanvarın 26-da keçirdiyi mətbuat konfransında bildirib. 

O deyib ki, sərəncama əsasən, sığortaolunanlar üzrə ödənilən və onların fərdi hesablarında qeydə alınan pensiya kapitallarının da indeksləşdirilməsi aparılacaq: "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsinə hər ay təqribən 3,24 milyon manat, il ərzində isə 38,9 milyon manat əlavə vəsait yönəldiləcək. Əmək pensiyalarının sığorta hissəsinin artırılması prosesi pensiyaçıların 95 faizinə şamil olunacaq. Əmək pensiyalarının sığorta hissəsinin və fərdi hesablarda qeydə alınan pensiya kapitallarının indeksləşdirilmə artımı avtomatlaşmış qaydada icra ediləcəkdir. Fevral ayının pensiyalarının ödənişi onların baza və sığorta hissələrinin artımları ilə birlikdə həyata keçiriləcək".

Z.Babayev, həmçinin “Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin artırılması haqqında” sərəncamdan da bəhs edib: "Sərəncama əsasən, fevralın 1-dən bir yaş yarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 40 manat, bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə həmin müavinətin məbləği 25 manat miqdarında müəyyən edilib. İl ərzində 3 yaşadək uşağa qulluğa görə müavinət alanların sayı təxminən 48 min nəfərdir ki, bu kateqoriyadan olanların müavinətinin artımının maliyyələşdirilməsi üçün il ərzində 3,5 milyon manat əlavə vəsait yönəldiləcək. Dövlət Sosial Müdafiə Fondu əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə hər iki sərəncamın icrası ilə bağlı öz üzərinə düşən vəzifələri operativ şəkildə icra edəcək". 

Son xəbərlər

Orphus sistemi