Bakı.15 yanvar. REPORT.AZ/ Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev Qusar rayonunda sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul edəcək. "Report"a fondun İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.
Məlumata görə, görüş yanvarın 22-də saat 11:00-da Qusar şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutacaq. Qəbulda Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar iştirak edə bilərlər.
Qəbulda iştirak edəcək vətəndaşların yanvarın 22-də DSMF-nin rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılan nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.