Yuxarı

​DSMF sədri: “Pensiyalar artım məbləğləri ilə birlikdə vətəndaşların plastik kart hesablarına köçürülüb”

“Azərbaycanın pensiya sistemi kifayət qədər maliyyə dayanıqlığına malikdir”

Bakı. 4 mart. REPORT.AZ/ “Pensiyalar artım məbləğləri ilə birlikdə vətəndaşların plastik kart hesablarına köçürülüb”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev deyib.

O bildirib ki, Azərbaycanın pensiya sistemi kifayət qədər maliyyə dayanıqlığına malikdir: “Azərbaycanın pensiya sisteminin dayanıqlığı ölkə iqtisadiyyatının dayanıqlığını ifadə edir. Çətin proqnozlaşdırılan qlobal iqtisadi proseslərin baş verdiyi fonda Azərbaycan iqtisadiyyatı öz dayanıqlığını nümayiş etdirir və bunun nəticəsi kimi pensiya sistemi etibarlı şəkildə əhalinin sosial müdafiəsini təmin etməkdədir. Hər ay pensiyalar qrafikdən əvvəl maliyyələşdirilir”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi