DSMF sədri Gəncədə vətəndaşları qəbul edəcək

DSMF sədri Gəncədə vətəndaşları qəbul edəcək Qəbul Gəncə Aqrar Universitetinin inzibati binasında olacaq
Sosial müdafiə
15 Aprel , 2015 12:13
DSMF sədri Gəncədə vətəndaşları qəbul edəcək

Bakı. 15 aprel. REPORT.AZ/ Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev aprelin 24-də Gəncə Aqrar Universitetinin inzibati binasında Gəncə şəhəri, Samux, Göygöl, Daşkəsən və Kəlbəcər rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək. Bu barədə "Report"a DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib. Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin [email protected] elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərlər.

Qəbulda iştirak edəcək vətəndaşların aprelin 24-də DSMF-nin müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.

Son xəbərlər

Orphus sistemi