DSMF sədri: "Əməkdaşlıq etdiyimiz banklar pensiyaları vaxtında ödəyə bilirlər"

DSMF sədri: "Əməkdaşlıq etdiyimiz banklar pensiyaları vaxtında ödəyə bilirlər" Özəl pensiya fondları ilə bağlı layihə gələn ay ictimai müzakirəyə çıxarılacaq
Sosial müdafiə
16 Sentyabr , 2015 12:49
DSMF sədri: Əməkdaşlıq etdiyimiz banklar pensiyaları vaxtında ödəyə bilirlər

Bakı. 16 sentyabr. REPORT.AZ/ Dövlət Sosial Müdafiə Fondu özəl pensiya fondları ilə bağlı hazırladığı qanunvericilik layihəsini gələn ay geniş ictimai müzakirəyə çıxaracaq. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fondun sədri Elman Mehdiyev deyib.

Onun sözlərinə görə, könüllü sığortalanma əsasında real yığım komponenti ilə məşğul olan, eləcə də maliyyə bazarında aktiv iştirakçı olacaq özəl pensiya fondlarının fəaliyyəti üzrə iki böyük qanunvericilik layihəsi tamamlanmaq üzrədir: "Hesab edirəm ki, gələn ay üçün bunu geniş ictimai müzakirəyə çıxara biləcəyik. Hazırda layihə üzərində son tamamlanma işləri gedir".

Fondun pensiyaların ödənilməsi üçün əməkdaşlıq etdiyi bankların dəyişdirilməsi ilə bağlı məsələyə münasibət bildirən E.Mehdiyev əlavə edib ki, bankların seçilməsi qanunvericiliyə görə açıq satınalma, yəni tenderlə həyata keçirilir: "Ötən dövrdə keçirilən tenderdə Azərbaycan Beynəlxalq Bankı və "Kapital Bank" qalib gəlib. Satınalma müqavilələrinə uyğun olaraq həmin banklar keyfiyyətli xidməti davam etdirirlər. Tender nəticəsində bağlanan müqavilənin müddəti bitməyib. Müqavilə əsasında görülən işlərdə heç bir geriləmə müşahidə olunmayıb. Əksinə, DSMF hər ay pensiyaların qrafikdən əvvəl maliyyələşdirilməsi tələbini irəli sürməklə banklar üzərinə əlavə yük qoyur. Həmin banklar da işi uğurla yerinə yetirir". 

Son xəbərlər

Orphus sistemi