DSMF sədri: "Bu il əhalinin pensiya təminatında hər hansı bir problem olmayacaq"

DSMF sədri: "Bu il əhalinin pensiya təminatında hər hansı bir problem olmayacaq" "Pensiya islahatları konsepsiyasının reallaşdırılması ilə bağlı aidiyyəti qurumlarla birlikdə qanunvericiliyə dəyişikliklər layihəsi hazırlanıb"
Sosial müdafiə
15 Mart , 2016 14:49
DSMF sədri: Bu il əhalinin pensiya təminatında hər hansı bir problem olmayacaq

Bakı. 15 mart. REPORT.AZ/ "Pensiya islahatları konsepsiyasının reallaşdırılması ilə bağlı aidiyyəti qurumlarla birlikdə qanunvericiliyə dəyişikliklər layihəsi hazırlanıb və hazırda hökumətdə baxılır. Qəbul ediləcək qərarlarla Azərbaycanın sığorta pensiya sistemində yeni pensiya formulunun tətbiqi nəzərdə tutulur". "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev deyib.

Fond sədrinin sözlərinə görə, yeni sistemin tətbiqi həm ayrı-ayrı pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi və ödənilən sosial haqları ilə təyin olunan pensiya məbləğlərinin adekvatlığının təmin olunmasına imkan yaradacaq, eyni zamanda, dövlətin öhdəlikləri ilə sığorta pensiya sisteminin öhdəliklərinin fərqləndirilməsini şərtləndirəcək.

O, həmçinin əlavə edib ki, ötən il ərzində DSMF-nin əldə etdiyi maliyyə uğurları və bunun cari ildə də davam etdirilməsi əhalinin pensiya təminatında hər hansı bir problemin olmamasına imkan verəcək. 

Son xəbərlər

Orphus sistemi