Yuxarı

DSMF-nin gəlirləri 11,96 faiz artıb

DSMF-nin gəlirləri 11,96 faiz artıb

Bakı. 6 avqust. REPORT.AZ/ Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərində 11,96 faiz artım qeydə alınıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Report"a verilən məlumata görə, bu ilin yanvar-iyul aylarında nazirliyin yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 11,96 faiz və ya 239,11 milyon manat çox olmaqla, 2237,61 milyon manat olub.

O cümlədən, fondun məcburi dövlət sosial sığorta haqları üzrə gəlirləri 2017-ci ilin müvafiq göstəricisinə nisbətən 11,14 faiz və ya 131,47 milyon manat artaraq 1312,11 milyon manat təşkil edib.

Bu ilin 7 ayında Dövlət Sosial Müdafiə Fonduna daxilolmaların 63,15 faizi və ya 828,57 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 10,54 faiz və ya 78,99 milyon manat çox olmaqla proqnozun 104,23 faiz icra edildiyini göstərir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi