Yuxarı

DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilərin sayı artıb

Əcnəbilər arasında kişilər çoxluq təşkil edir

Bakı. 14 yanvar. REPORT.AZ/ Bu ilin yanvar ayının 1-nə olan statistikaya əsasən, keçən ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilərin sayı 23,7 faiz artıb. Bu barədə "Report"a fondun İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib. 

Ötən il ərzində DSMF-də əlavə olaraq 5 334 nəfər əcnəbi vətəndaşa fərdi şəxsi hesab açılıb və nəticədə sistemdəki əcnəbilərin sayı 27 868-ə yüksəlib.

Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 87,9 faizini (24 485 nəfər) kişilər, 12,1 faizini (3 383 nəfər) isə qadınlar təşkil edir.

Ümumilikdə 116 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə vətəndaşları (13 797 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 3018-ə, üçüncü yerdə gələn Rusiya vətəndaşlarının sayı isə 1692-ə çatıb.

Sonrakı yerlərdə Hindistan (1036), İran (978), Çin (856), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (580) Pakistan (546), Ukrayna (456), Banqladeş (442), Özbəkistan (283) , Filippin (256), Almaniya (256), ABŞ (244), Qazaxıstan (223), Türkmənistan (213), İtaliya (198), Koreya Respublikası (192), Bosniya və Hersoqovina (162), Polşa (137), Malayziya (119) və s. ölkələr gəlir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi