DSMF-nin fəaliyyət istiqamətləri üzrə elektron arayış alanların sayı açıqlanıb

DSMF-nin fəaliyyət istiqamətləri üzrə elektron arayış alanların sayı açıqlanıb Bu barədə DSMF məlumat yayıb
Sosial müdafiə
30 Aprel , 2021 09:30
DSMF-nin fəaliyyət istiqamətləri üzrə elektron arayış alanların sayı açıqlanıb

Bu ilin yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə elektron arayış alanların sayı 7 149 nəfər olub.

Bu barədə "Report"a DSMF-dən məlumat verilib.

Bildirilib ki, bu arayışların 3 146-sı pensiya, 1 894-ü müavinət və təqaüd, 866-sı fərdi şəxsi hesab, 496-sı ünvanlı dövlət sosial yardımı, 253-ü torpaq pay mülkiyyətçisi, 203-ü sosial sığorta şəhadətnaməsinin nömrəsi, 148-i şəhid ailəsi üzvü, 69-u ünvanlı dövlət sosial yardımı ödənişləri, 34-ü sağlamlıq imkanları məhdud uşaqlara qulluq, 35-i əlilliyi olan şəxslərə qulluq, 5-i Milli Qəhrəmanın ailə üzvü ilə bağlı olub.

Son xəbərlər

Orphus sistemi