Yuxarı
    Bağlamaq

    DSMF-nin elektron xidmətlərindən istifadə sayı artıb

    Xüsusi reklam çarxı hazırlanaraq telekanallarda yayımlanıb

    Bakı. 23 iyul. REPORT.AZ/ Bu ilin I yarısında Dövlət Sosial Müdafiə Fondunun saytı, "Elektron hökümət portalı" və "Elektron ödəniş portalı" vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən istifadə edənlərin sayında artım olub. "Report"un xəbərinə görə, bu barədə Fondun sədri Elman Mehdiyev məlumat verib. 

    Onun sözlərinə görə, elektron xidmətlərdən ümumilikdə 1 milyon 300 minə yaxın istifadə sayı qeydə alınıb ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 2,6 dəfə artıq olmaqla, keçən ilin illik göstəricisi səviyyəsindədir. 

    E.Mehdiyev ötən dövrdə əhalini maraqlandıran, sığorta-pensiya sisteminə aid bütün məsələlərə aydınlıq gətirilməsi məqsədilə çoxsaylı mərkəzi və regional təqdimatların keçirildiyini, həmçinin elektron xidmətlər mövzusunda xüsusi reklam çarxının hazırlanaraq telekanallarda yayımlandığını qeyd edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi