​DSMF avqust ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb

​DSMF avqust ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb Son bir ildə Fondun gəlirləri 8% artıb
Sosial müdafiə
27 Avqust , 2014 17:40
​DSMF avqust ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb
Bakı. 27 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2014-cü ilin avqust ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb. DSMF-nin mərkəzi xəzinə hesabından pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köcürülməsi avqust ayının 21-nə tam yekunlaşıb və pensiyaların vətəndaşların şəxsi hesablarına köçürülməsi təmin olunub. Bu barədə “Report”a DSMF-dən məlumat verilib.

Ümumilikdə, bu ilin 7 ayı ərzində DSMF-yə daxilolmaların səviyyəsi pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib. Hesabat dövründə Fondun gəlirləri 1 660,0 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 8,2% çoxdur. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,2% artaraq 975,7 mln. manata çatıb. Bu daxilolmaların 63,7%-i qeyri-büdcə sektorunun payına düşüb ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,6% çoxdur.

Təhlil olunan dövrdə Fondun xərcləri 1 658,8 mln. manat olub və bunun 98,2%-i pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilib.

Pensiyaçıların sosial müdafiəsinin xüsusi diqqət mərkəzində saxlanılmasının nəticəsidir ki, ölkəmizdə müasir sığorta-pensiya sisteminin fəaliyyəti dövründə pensiyaların orta aylıq məbləği hər il yüksələn dinamika ilə artıb. Nəticədə, 2006-cı il yanvarın 1-nə əmək pensiyalarının orta aylıq məbləği 29,8 manat təşkil edirdisə, hazırda bu rəqəm 172,2 manata çatıb.

Qeyd edək ki, iyulun 1-i tarixinə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 284 974 nəfər təşkil edib. Onların 61,1%-ni yaşa görə, 28,1%-ni əlilliyə görə, 10,8%-ni isə ailə başcısını itirməyə görə əmək pensiyası alanlar təşkil edib.

Son xəbərlər

Orphus sistemi