DSK: Azərbaycanda ötən il 127 min yeni iş yeri açılıb

DSK: Azərbaycanda ötən il 127 min yeni iş yeri açılıb Onlardan 105 mini daimi iş yeridir
Sosial müdafiə
17 Fevral , 2015 14:59
DSK: Azərbaycanda ötən il 127 min yeni iş yeri açılıb

Bakı. 17 fevral. REPORT.AZ/ Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2014-2018-ci illər) birinci ilində ölkədə 127,3 min yeni iş yeri açılıb.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, proqram çərçivəsində fəaliyyətə başlayan yeni iş yerlərinin 105,1 mini daimidir.

Qeyd edək ki, ötən il ölkədə açılan daimi iş yerlərinin 12,6%-i yeni yaradılmış, 10,4%-i mövcud, 0,7%-i fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 76,3%-i isə fiziki şəxslər tərəfindən yaradılıb. Yeni iş yerlərinin 69,8%-i regionların, o cümlədən 19,8%-i Aran, 13,4%-i Gəncə-Qazax, 3,0%-i Naxçıvan, 6,8%-i Lənkəran, 5,4%-i Şəki-Zaqatala, 5,0%-i Quba-Xaçmaz, 3,0%-i Yuxarı Qarabağ, 8,7%-i Abşeron, 4,0%-i Dağlıq Şirvan, 0,7%-i isə Kəlbəcər-Laçın iqtisadi rayonunun payına düşür.

Hesabat ilində 82,3%-i özəl sektorda açılmış yeni iş yerlərindən daimi iş yerlərinin əksər hissəsi qeyri-neft sektorunda, o cümlədən 5,3%-i tikinti, 2,9%-i emal sənayesi 3,1%-i ticarət və nəqliyyat vasitələrinin təmiri, 1,0%-i nəqliyyat və anbar təsərrüfatı, 1,2%-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 0,8%-i təhsil, 0,4%-i informaisya və rabitə, 1,6%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 0,9%-i peşə, elmi və texniki fəaliyyət, 0,6%-i maliyyə və siğorta fəaliyyəti, 1,0%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və bağçılıq, eləcə də digər fəaliyyət sahələri üzrə ixtisaslaşan müəssiə və təşkilatlarda yaradılıb.

Son xəbərlər

Orphus sistemi