Nazir: “Dövlət Sosial Təminat Xidməti ləğv ediləndən sonra eyni funksiyanı yerinə yetirən şöbələrin əməkdaşları işdən azad olunub”

Nazir: “Dövlət Sosial Təminat Xidməti ləğv ediləndən sonra eyni funksiyanı yerinə yetirən şöbələrin əməkdaşları işdən azad olunub” Hamısı Məşğulluq Mərkəzlərində yaradılmış 500-ə yaxın əlavə ştatlarda yerləşdirilib
Sosial müdafiə
21 Sentyabr , 2016 11:02
Nazir: “Dövlət Sosial Təminat Xidməti ləğv ediləndən sonra eyni funksiyanı yerinə yetirən şöbələrin əməkdaşları işdən azad olunub”

Bakı. 21 sentyabr. REPORT.AZ/ “Dövlət Sosial Təminat Xidməti ləğv ediləndən sonra eyni funksiyanı yerinə yetirən şöbələrin əməkdaşları işdən azad olunub”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

O bildirib ki, Dövlət Sosial Təminat şöbəsi və yerli bölmələri də ləğv olunaraq Dövlət Sosial Müdafiə Fonduna birləşdirildikdən sonra işçilərin əvvəlki sayda qalması mümkün deyildi: “Əvvəl bir şöbə, bir mərkəz vardı, yəni hər iki qurumda eyni funksiyaları yerinə yetirən şöbələr vardı. Dövlət Sosial Təminat şöbəsi əğv olunduqdan sonra işdən çıxan əməkdaşlar məşğulluq mərkəzlərində artırılmış ştatlarla işə qəbul olunurlar. Onlarla müqavilələr bağlanılır. Bu proses nəticəsində faktiki olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Təminat Xidmətində çalışan işçilərin bir nəfəri də kənarda qalmayıb. Hamısı Məşğulluq mərkəzlərində yaradılmış 500-ə yaxın əlavə ştatlarda yerləşdirilir”.

Qeyd edək ki, iyun ayının 24-ü Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanında dəyişiklik edilməsi barədə fərmana əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti ləğv edilib. Qurumun istifadəsində olan dövlət əmlakı Dövlət Sosial Müdafiə Fonduna verilib.

Son xəbərlər

Orphus sistemi