DSMF-də Apellyasiya Şurası yaradılıb

DSMF-də Apellyasiya Şurası yaradılıb Apellyasiya Şurasına Fondun məsul əməkdaşları daxildir
Sosial müdafiə
15 Fevral , 2016 11:26
DSMF-də Apellyasiya Şurası yaradılıb

Bakı. 15 fevral. REPORT.AZ/ Dövlət Sosial Müdafiə Fondunda Apellyasiya Şurası yaradılıb.

Fondun İctimaiyyətlə əlaqələr sektorundan "Report"a bildirilib ki, Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Zakir Babayevin rəhbərlik etdiyi 7 nəfərdən ibarət Apellyasiya Şurasına Fondun məsul əməkdaşları daxildir.

Apellyasiya Şurası Prezidentin müvafiq Fərmanına uyğun olaraq, şikayətlərə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məsələlərinə baxacaq.

Son xəbərlər

Orphus sistemi