“Dövlət Qulluğu Məcəlləsi”nin ilkin layihəsi dövlət orqanlarına təqdim edilib

“Dövlət Qulluğu Məcəlləsi”nin ilkin layihəsi dövlət orqanlarına təqdim edilib Yeni məcəllədə Dövlət qulluğuna qəbul qaydaları təkmilləşdirilib
Sosial müdafiə
24 Dekabr , 2014 11:14
“Dövlət Qulluğu Məcəlləsi”nin ilkin layihəsi dövlət orqanlarına təqdim edilib

Bakı. 24 dekabr. REPORT.AZ/ Dövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilməsi və sistemləşdirilməsi məqsədilə “Dövlət Qulluğu Məcəlləsi”nin ilkin layihəsi hazırlanıb və dövlət orqanlarına təqdim edilib. "Report" xəbər verir ki, bu barədə “Dövlət Qulluğu Məcəlləsi”nin ilkin layihəsinin müzakirəsi ilə bağlı keçirilən tədbirdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Hüquq şöbəsinin müdiri Vüqar Əsgərov bildirib.

"Yeni məcəllədə Dövlət qulluğuna qəbul qaydaları təkmilləşdirilib, dövlət qulluqçularının ixtisasartırma prosedurları yaxşılaşdırılıb", - şöbə müdiri deyib.

Onun sözlərinə görə, Dövlət orqanları tərəfindən verilmiş rəy və təkliflər də nəzərə alınmaqla layihə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən yenidən işlənərək təkmilləşdirilib: "Yeni məcəllədə ehtiyat kadrların idarəedilməsi məsələsi müəyyənləşdirilib. Eyni zamanda staj və sınaq müddətinə yenidən baxılıb. Eyni zamanda dövlət qulluqçularının maddi vəziyyəti, dövlət quluğundan kənarlaşdırma səbəbləri dəqiqləşdirilib”.

Son xəbərlər

Orphus sistemi