Dövlət Miqrasiya Xidməti Sabirabadda maarifləndirmə tədbiri keçirib

Dövlət Miqrasiya Xidməti Sabirabadda maarifləndirmə tədbiri keçirib Bu ilin yanvar ayında əcnəbi və vətəndaşlığı olmayan 1 569 şəxs tərəfindən inzibati qanunvericiliyin pozulması halı aşkar edilib
Sosial müdafiə
23 Fevral , 2016 20:31
Dövlət Miqrasiya Xidməti Sabirabadda maarifləndirmə tədbiri keçirib

Bakı. 23 fevral. REPORT.AZ/ Dövlət Miqrasiya Xidməti Sabirabadda maarifləndirmə tədbiri keçirib.

Bu barədə "Report"a qurumun mətbuat xitmətindən bildirilib.

Maarifləndirmə tədbirində əcnəbi və vətəndaşlığı olmayan şəxslər, vətəndaşlar, aidiyyəti dövlət qurumları, ictimai təşkilatlar, işəgötürənlər, sahibkarların nümayəndələri iştirakı ediblər.

Tədbirdə vətəndaşlıq məsələləri ilə bağlı həyata keçirilən fəaliyyət, ikilvətəndaşlıq problemi, vətəndaşsızlıq hallarına dair izahedici məlumat təqdim olunub.

Həmçinin, qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri haqqında da ətraflı söhbət açılan görüşdə bildirilib ki, bu ilin yanvar ayında əcnəbi və vətəndaşlığı olmayan 1 569 şəxs tərəfindən inzibati qanunvericiliyin pozulması halı aşkar edilib və müvafiq tədbirlər görülüb. Xidmət əməkdaşı hər bir əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin, o cümlədən əcnəbi işçi qüvvəsindən istifadə etmək istəyən hər bir işəgötürənin qanunvericiliyin tələblərinə ciddi riayət etməli olduqlarını vurğulayıb.

Qeyd olunub ki, ötən il əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı ümumilikdə 105 550 şəxs tərəfindən müraciət və Xidmətin Çağrı mərkəzinə 99 439 telefon zəngi daxil olub. 

Son xəbərlər

Orphus sistemi