Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzlərinə avtomobillər verilib

Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzlərinə avtomobillər verilib Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 11 Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin istifadəsinə verilən nəqliyyat vasitələrinin təqdimat mərasimi keçirilib.
Sosial müdafiə
4 İyul , 2022 09:49
Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzlərinə avtomobillər verilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 11 Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin istifadəsinə verilən nəqliyyat vasitələrinin təqdimat mərasimi keçirilib.

"Report"un məlumatına görə, mərasimdə bildirilib ki, regionlarda yaşayan vətəndaşlara xidmət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinə nəqliyyat vasitələrinin ayrılması mərkəzlərin fəaliyyətinin daha təkmil və çevik olmasına müsbət təsirini göstərəcək.

Qeyd olunub ki, bu, xüsusilə də həssas təbəqədən olan əhali üçün açıq qapı günlərinin keçirilməsinə, zorakılıq və digər mənfi hallara qarşı operativ reaksiya vermək və problemlərin yerində həll edilməsi işinə və ailələrin vəziyyətinin qiymətləndirilməsinə töhfə verəcək.

Tədbirdə vurğulanıb ki, vətəndaşlara göstərilən xidmətlərin daha geniş ərazini əhatə etməsi, mərkəzlərə gəlmək imkanı olmayan insanların ailələrinə səfər edilməsi və onlara psixososial dəstəyin verilməsi baxımından xüsusi əhəmiyyətə malik nəqliyyat vasitələrinin istifadəyə verilməsi ölkə başçısının və hökumətin sosial məsələlərə olan diqqətinin bariz nümunəsidir.

Diqqətə çatdırılıb ki, bu gündən etibarən regionlara yola salınacaq nəqliyyat vasitələri həyata keçirilən sosial yönümlü işlərin daha da genişlənməsinə və işin daha mütəşəkkil formada aparılmasına xidmət edəcək.

Son xəbərlər

Orphus sistemi