Dövlət Komitəsinin sədri: "Məqsədimiz ailə dağılmasının və zorakılıq hallarının qarşısını almaqdır"

Dövlət Komitəsinin sədri: "Məqsədimiz ailə dağılmasının və zorakılıq hallarının qarşısını almaqdır" Bakı. 2 noyabr. REPORT.AZ/ Məqsədimiz ailə dağılmasının, münasibətlərin pozulmasının, zorakılıq və hüquq pozuntusu kimi halların qarşısını almaqdır.
Sosial müdafiə
2 Noyabr , 2017 15:54
Dövlət Komitəsinin sədri: Məqsədimiz ailə dağılmasının və zorakılıq hallarının qarşısını almaqdır
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova / Report/ Elshan Baba

Bakı. 2 noyabr. REPORT.AZ/ "Məqsədimiz ailə dağılmasının, münasibətlərin pozulmasının, zorakılıq və hüquq pozuntusu kimi halların qarşısını almaqdır".

"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Azərbaycan ailəsi 2017" film festivalının mükafatlandırma və bağlanış mərasimində deyib.

O bildirib ki, bir hadisənin qarşısını almaq o hadisə baş verəndən sonra onun nəticələrini aradan qaldırmaqdan daha asandır: "Bu gün Azərbaycan ailəsi dünyanın ən gözəl ailə modellərindən biri kimi dəyərləndirilir".

H.Hüseynovanın sözlərinə görə, "Azərbaycan ailəsi 2017" film festivalı ilə nümunəvi ailə modelləri təbliğ edilir, digər tərəfdən isə mövcud problemlər bədii obrazlar vasitəsilə insanlara çatdırılır: "Ailə dəyərlərinin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi baxımından festivalın böyük əhəmiyyəti var. Həm də gənc rejissorlara imkan yaradırıq ki, bacarıqlarını nümayiş etdirsinlər".

Dövlət Komitəsinin sədri qeyd edib ki, ailə vətəndaş cəmiyyətinin nüvəsi, insanın ilk sosial mühitidir: "Son dövrlərdə bir çox Avropa ölkələrində ailə institutu fenomenə çevrilib. Sevindirici haldır ki, Azərbaycanda ailə dəyərləri qorunub saxlanılır".

Son xəbərlər

Orphus sistemi