Dövlət Komitəsinin sədr müavini: "Gender əsaslı zorakılıq qadınlara həyatları boyu təsir edir" 

Dövlət Komitəsinin sədr müavini: "Gender əsaslı zorakılıq qadınlara həyatları boyu təsir edir"  "Gender əsaslı zorakılıq qadınlara həyatları boyu təsir edir".
Sosial müdafiə
25 Noyabr , 2022 11:47
Dövlət Komitəsinin sədr müavini: Gender əsaslı zorakılıq qadınlara həyatları boyu təsir edir 

"Gender əsaslı zorakılıq qadınlara həyatları boyu təsir edir".

"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova "gender əsaslı zorakılıqla mübarizə üzrə 16 günlük fəallıq kampaniyası” media müstəvisində adı altında keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, bu hallar ictimai və ya özəl olmasından asılı olmayaraq ailə, ictimaiyyət, ictimai yerlər, iş yeri, istirahət, siyasət, idman, səhiyyə, təhsil daxil olmaqla insanların qarşılıqlı əlaqələrinin olduğu bütün sahələrində baş verir: "Bu cür zorakılıq qadınların ölümü yaxud onlara qarşı fiziki, cinsi, psixoloji, iqtisadi əzab verilməsinə səbəb olur".

S.Qəhrəmanova deyib ki, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin formalarından biri seksual qısnama hallarıdır: "Bu kimi davranışdan zərərçəkmiş qadınların bu məsələni müxtəlif motivlərlə (iş yerini itirmək, rüsvay olmaq qorxusu və s.) gizli saxlaması bu hərəkətlərin vaxtında aşkar olunmasına və təqsirkar şəxslərin cəzalandırılmasına imkan vermir. Lakin motivindən asılı olmayaraq bu məsələyə laqeyd münasibət göstərən insanlar nəzərə almalıdırlar ki, onların bu mövqeyi təqsirli şəxslərin məsulyyətdən kənarda qalmasına səbəb olmaqla yanaşı, bu kimi əməllərin dairəsinin genişlənməsinə rəvac verir. Məhz buna görə bu sahədə görülən tədbirlərin gücləndirilməsinə və dəqiq hüquqi mexanizmin işlənib hazırlanmasına ehtiyac vardır".

Son xəbərlər

Orphus sistemi