Dövlət Komitəsində məcburi köçkünlərin növbəti qəbulu keçirilib

Dövlət Komitəsində məcburi köçkünlərin növbəti qəbulu keçirilib Bakı. 4 dekabr. REPORT.AZ/ Dekabrın 4-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərin növbəti qəbulu keçirilib.
Sosial müdafiə
4 Dekabr , 2018 19:04
Dövlət Komitəsində məcburi köçkünlərin növbəti qəbulu keçirilib

Bakı. 4 dekabr. REPORT.AZ/ Dekabrın 4-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərin növbəti qəbulu keçirilib.

Bu barədə "Report"a Dövlət Komitəsindən məlumat verilib.

Vətəndaşları Dövlət Komitəsinin sədri Rövşən Rzayev, həmçinin komitənin digər rəhbər işçiləri fərdi qaydada qəbul ediblər.

Məcburi köçkünlərin müraciətləri, əsasən, mənzil-məişət problemlərinin həlli, məşğulluğun təmin edilməsi, vahid aylıq müavinətin verilməsi, kommunal xidmətlər və digər məsələlərlə bağlı olub.

Məcburi köçkünlərə bir daha izah edilib ki, bu kateqoriyadan olan vətəndaşların yeni mənzillə təminatı mərhələli şəkildə həyata keçirilir. Prezident İlham Əliyevin verdiyi tapşırıqlara uyğun olaraq, bu məqsədlə yeni yaşayış kompleksləri inşa edilir. Eyni zamanda məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi üçün lazımi tədbirlər həyata keçirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva Bakıda və Sumqayıtda hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması barədə tapşırıqların icrasını şəxsən nəzarətdə saxlayır.

Qəbul zamanı məcburi köçkünlərin qaldırdıqları məsələlərin həlli ilə bağlı Dövlət Komitəsinin müvafiq strukturlarına konkret tapşırıqlar verilib.

Son xəbərlər

Orphus sistemi