Hicran Hüseynova UNİCEF-in Azərbaycan nümayəndəliyinin yeni rəhbəri ilə görüşüb

Hicran Hüseynova UNİCEF-in Azərbaycan nümayəndəliyinin yeni rəhbəri ilə görüşüb Dövlət Komitəsi UNİCEF-lə əməkdaşlığı gələn il də davam etdirəcək
Sosial müdafiə
2 Sentyabr , 2016 18:33
Hicran Hüseynova UNİCEF-in Azərbaycan nümayəndəliyinin yeni rəhbəri ilə görüşüb

Bakı. 2 sentyabr. REPORT.AZ/ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova BMT-nin Uşaq Fondunun (UNİCEF-in) Azərbaycan Respublikasındakı nümayəndəliyinin yeni rəhbəri Edvard Karvardin ilə görüşüb.

Komitənin mətbuat xidmətindən "Report" verilən məlumata görə, görüş çərçivəsində tanışlıq və UNİCEF-in Azərbaycanda yeni layihələri müzakirə edilib.

Görüş zamanı ikitərəfli əməkdaşlığın genişləndirilməsi və layihələrdə effektivliyin artırılması məqsədilə müzakirələr keçirilib. Müzakirə çərçivəsində 2017-ci ildə uşaq hüquqlarının müdafiəsi istiqamətində yeni maarifləndirmə və araşdırma xarakterli tədbirlərin davam etdirilməsi qərar qəbul olunub.

Son xəbərlər

Orphus sistemi