Dövlət Komitəsi: Üç xanımın çılpaq rəqs etməsini əks etdirən videogörüntüdəki mənzərədən sonra şokdayıq

Dövlət Komitəsi: Üç xanımın çılpaq rəqs etməsini əks etdirən videogörüntüdəki mənzərədən sonra şokdayıq “Sosial şəbəkələrdə üç xanımın çılpaq rəqs etməsini əks etdirən videogörüntüdəki mənzərədən sonra şokdayıq. Azərbaycanda belə bir hadisənin baş verməsi qəbuledilməzdir. Burada Azərbaycan qadınının imicinə xələl gətirilib. Bununla mübarizə aparılmalıdır”.
Sosial müdafiə
1 Aprel , 2019 10:36
Dövlət Komitəsi: Üç xanımın çılpaq rəqs etməsini əks etdirən videogörüntüdəki mənzərədən sonra şokdayıq
0 : 00
0 : 00

“Sosial şəbəkələrdə üç xanımın çılpaq rəqs etməsini əks etdirən videogörüntüdəki mənzərədən sonra şokdayıq. Azərbaycanda belə bir hadisənin baş verməsi qəbuledilməzdir. Burada Azərbaycan qadınının imicinə xələl gətirilib. Bununla mübarizə aparılmalıdır”.

Bunu “Report”a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.

E.Səfərov bildirib ki, videoçəkiliş həmin xanımların razılığı ilə olsa da belə onlar qurbandırlar: ”Azərbaycan qadınının çılpaq vəziyyətdə rəqs etdirilməsi və bunun videoçəkiliş vasitəsilə ictimailəşdirilməsi yolverilməzdir. Çünki bu, Azərbaycan adına xələl gətirən məqamlardan biridir. Bunu da nəzərə almaq lazımdır ki, xaricdən təsiredici halların axını mövcuddur. Ona görə də həmin xanımlarla psixoloji və maarifləndirci görüşlər aparılmalıdır”.

Şöbə müdirinin sözlərinə görə, üç xanımın çılpaq rəqs etməsini əks etdirən videogörüntü ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılmalıdır: “Həmin videoçəkilişdə vətəndaşların çılpaq rəqs etməsinin, videomaterialın yayılmasının səbəbləri araşdırılmalıdır. Biz daha çox ailə siyasətinin gücləndirilməsinə, ailə dəyərlərinin və adət-ənənələrinin qorunmasına çalışırıq. Həmin qadınların spirtli içkilərin və yaxud da narkotik maddələrin təsiri altında bu işə sövq edilib-edilməməsi araşdırılır. Bu da Daxili İşlər Nazirliyinin araşdırmasından sonra məlum olacaq”.

Qeyd edək ki, martın 31-də sosial şəbəkələrdə üç gənc qadının çılpaq vəziyyətdə rəqs etməsini əks etdirən görüntülər yayılıb. Görüntülərin Azərbaycanda lentə alındığı bildirilir.

Son xəbərlər

Orphus sistemi