Yuxarı

Dövlət Komitəsi: Şagirdin valideyni tərəfindən döyülməsi ilə bağlı araşdırmalara başlanılıb

Dövlət Komitəsi: Şagirdin valideyni tərəfindən döyülməsi ilə bağlı ara

Bakının Yasamal rayonu ərazisində yerləşən 158 saylı tam orta məktəbdə təhsil alan şagirdlərdən birinin valideyn zorakılığına məruz qalması ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində araşdırmalara başlanılıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib.

O bildirib ki, faktla bağlı Yasamal Rayon İcra Hakimiyyətində yaradılmış monitorinq komissiyası vasitəsilə Dövlət Komitəsi tərəfindən araşdırmalar davam etdirilir: “Bununla bağlı Dövlət Komitəsinin Hüquq və Uşaq şöbələrində araşdırmalara başlanılıb. Hətta bütün məlumatlara malikik, sadəcə olaraq, hadisə ilə bağlı araşdırmalardan sonra yekun məlumat veriləcək”.

Qeyd edək ki, aprelin 15-də Bakının Yasamal rayonu ərazisində yerləşən 158 saylı tam orta məktəbdə təhsil alan ibtidai sinif şagirdi müəllimlərdən birinə müraciət edərək ayaqlarının ağrıdığını bildirib. Şagirdin bədəninə baxış keçirilən zaman onun hər iki ayağının yuxarı nahiyəsində çoxsaylı göyərmələrin olduğu müəyyən edilib. Uşaq evdə atası tərəfindən döyüldüyün etiraf edib. Uşağın müayinəsi məqsədi ilə təcili-tibbi yardıma müraciət olunub və azyaşlı xəstəxanada həkim nəzarətindən keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi