Qaçqınkom: Mərdəkandakı əlillərin müalicə pansionatında məskunlaşmış məcburi köçkünlər köçürüləcək

Qaçqınkom: Mərdəkandakı əlillərin müalicə pansionatında məskunlaşmış məcburi köçkünlər köçürüləcək "Digər məcburi köçkün ailələrinin də mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına gələcəkdə mərhələli şəkildə baxılacaq"
Sosial müdafiə
197
17 Avqust , 2016 16:06
Qaçqınkom: Mərdəkandakı əlillərin müalicə pansionatında məskunlaşmış məcburi köçkünlər köçürüləcək

Bakı. 17 avqust. REPORT.AZ/ Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi indiyə qədər mənzillə təmin olunan məcburi köçkünlərin sayını açıqlayıb. 

Dövlət Komitəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq indiyədək ölkənin müxtəlif ərazilərində qaçqın və məcburi köçkünlər üçün bütün sosial-texniki infrastrukturu ilə birlikdə 94 müasir tipli qəsəbə və çoxmərtəbəli yaşayış binaları kompleksi tikilib istifadəyə verilib, 49 min ailə - 243 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb: "Lakin buna baxmayaraq, hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlər var və Azərbaycan dövləti tərəfindən bu kateqoriyadan olan vətəndaşların da mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün müvafiq tədbirlər görülür. Bu proses Dövlət Proqramına uyğun olaraq mərhələli şəkildə davam etdirilir".

Məlumata görə, Azərbaycan Prezidentinin “Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2016-cı il 20 iyul tarixli sərəncamına əsasən Bakı şəhəri ərazisində qəzalı vəziyyətdə olan binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrini hazır mənzil alınması yolu ilə yeni mənzillərlə təmin etmək üçün Azərbaycan Prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 2,5 milyon manat ayrılması nəzərdə tutulub: "Son vaxtlar məcburi köçkün ailələrinin köçürülmələri ilə bağlı çoxsaylı müraciətlərini nəzərə alaraq bildiririk ki, həmin sərəncamın icrası ilə əlaqədar olaraq yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərdəkanda yerləşən əlillərin müalicə pansionatında məskunlaşmış məcburi köçkün ailələrin köçürülməsi nəzərdə tutulur. Digər məskunlaşma obyektlərində yaşayan məcburi köçkün ailələrinin də mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına gələcəkdə mərhələli şəkildə baxılacaq".

Son xəbərlər

Orphus sistemi