Dövlət Komitəsi: Məişət zorakılığı törədənlərin şəxsi məlumatlarının yayılması düzgün deyil

Dövlət Komitəsi: Məişət zorakılığı törədənlərin şəxsi məlumatlarının yayılması düzgün deyil Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məişət zorakılığına məruz qalanların şəxsi məlumatlarının mətbuatda və sosial şəbəkələrdə ictimailəşdirilməməsi üçün çağırış edib.
Sosial müdafiə
16 Oktyabr , 2019 13:09
Dövlət Komitəsi: Məişət zorakılığı törədənlərin şəxsi məlumatlarının yayılması düzgün deyil

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məişət zorakılığına məruz qalanların şəxsi məlumatlarının mətbuatda və sosial şəbəkələrdə ictimailəşdirilməməsi üçün çağırış edib.

Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov “Report”a açıqlamasında deyib ki, zorakılıq qurbanlarının şəxsi məlumatlarının açıq-aşkar ictimailəşdirilməsi həm beynəlxalq konvensiyaların, həm də milli qanunvericilik normalarının pozulması deməkdir. 

"Dəfələrlə bu məsələ ilə bağlı mətbuat nümayəndələrinə və sosial şəbəkə istifadəçilərinə müraciət etmişik ki, məişət zorakılığına məruz qalan qadın, uşaq və kişilərin ad-soyadları, üz cizgiləri, yaşadıqları ünvanlar, eləcə də digər şəxsi məlumatları ictimailəşdirilməsin. Nəinki zorakılıq qurbanlarının, hətta zorakılıq törədənlərin də şəxsi məlumatlarının bu və ya digər formada yayılması düzgün deyil. Çünki zorakılığa məruz qalmış qadının yayılan görüntüləri, onun adı və soyadı sonradan övladlarına və yaxınlarına qarşı qınaq kimi istifadə oluna bilər. Bu da xoşagəlməyən sonluqla nəticələnə bilər”, E.Səfərov vurğulayıb.  

O qeyd edib ki, Dövlət Komitəsi məişət zorakılığına məruz qalan şəxslərin uşaqlarını da müdafiə edir: “Biz təklif edirik ki, zorakılıq qurbanlarının adı-soyadı və ünvanı ictimaiyyətə şərti çatdırılsın. Həm media nümayəndələrindən, həm də sosial şəbəkə istifadəçilərindən xahiş edirik ki, belə məsələlərə həssaslıqla yanaşsınlar və zorakılıq qurbanlarının şəxsi məlumatlarının yayılmasında iştirakçı olmasınlar. Bu xətti keçmək düzgün deyil. Ən birincisi, bu, insan hüquqlarının pozulması deməkdir. Artıq məişət zorakılığı qurbanlarının şəxsi məlumatlarını ictimailəşdirənlərə qarşı bizim də münasibətimiz, yanaşmamız dəyişib”.

Son xəbərlər

Orphus sistemi