Dövlət Komitəsi: Məcburi köçkünlərin mənzillə təminatı mərhələli şəkildə aparılır

Dövlət Komitəsi: Məcburi köçkünlərin mənzillə təminatı mərhələli şəkildə aparılır Bakı. 31 iyul. REPORT.AZ/ Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərin növbəti qəbulu keçirilib.
Sosial müdafiə
31 İyul , 2018 18:54
Dövlət Komitəsi: Məcburi köçkünlərin mənzillə təminatı mərhələli şəkildə aparılır

Bakı. 31 iyul. REPORT.AZ/ Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərin növbəti qəbulu keçirilib.

Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, qəbulda sədr Rövşən Rzayev, sədr müavinləri, şöbə və departament rəhbərləri iştirak ediblər.

Məcburi köçkünlərin çoxsaylı müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, status məsələlələri, kommunal xidmətlər və digər sosial problemlərlə bağlı olub.

Bakı şəhərində müvəqqəti məskunlaşan və mənzil məsələsi ilə bağlı müraciət edən məcburi köçkünlərə bildirilib ki, hazırda ən qəzalı binalarda və ən ağır şəraitdə yaşayanlar yeni mənzillərə köçürülür. Məcburi köçkünlərin mənzillə təminatı mərhələli şəkildə aparılır.

Dövlət Komitəsinin sədri müraciətləri ayrı-ayrılıqda dinləyib, qeydə alınan müraciətlərlə əlaqədar müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.

Son xəbərlər

Orphus sistemi