Dövlət Komitəsi məcburi köçkün ailəsini nəzarətə götürüb

Dövlət Komitəsi məcburi köçkün ailəsini nəzarətə götürüb Ağdam rayonundan məcburi köçkün, hazırda Bakı şəhəri, Binəqədi rayonunda məcburi köçkünlər üçün inşa edilmiş “Gənclər şəhərciyi”ndə üçotaqlı mənzildə məskunlaşmış Rəhman Cəfərovun ailəsində yaranan çətinliklərlə bağlı bəzi kütləvi informasiya vasitələrind
Sosial müdafiə
11 Avqust , 2020 18:55
Dövlət Komitəsi məcburi köçkün ailəsini nəzarətə götürüb
Report

Ağdam rayonundan məcburi köçkün, hazırda Bakı şəhəri, Binəqədi rayonunda məcburi köçkünlər üçün inşa edilmiş “Gənclər şəhərciyi”ndə üçotaqlı mənzildə məskunlaşmış Rəhman Cəfərovun ailəsində yaranan çətinliklərlə bağlı bəzi kütləvi informasiya vasitələrində və internet resurslarında yayılmış müraciəti Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb.

Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, ilk növbədə daha geniş məlumat almaq üçün 10 avqust 2020-ci il tarixində ailə ilə telefon əlaqəsi saxlanılıb. Bununla yanaşı, ilkin ehtiyacları qarşılamaq üçün karantin rejiminin qaydalarına uyğun olaraq ailəyə səfər edilib və müvafiq maddi yardımlar göstərilib.

Ailədəki vəziyyətin daha dərindən qiymətləndirilməsi üçün Dövlət Komitəsinin əməkdaşları avqustun 11-də ikinci dəfə ailə başçısı ilə telefon əlaqəsi yaradıblar.

Rəhman Cəfərov sosial şəbəkələrdə geniş yayılmış müraciətində qeyd etdiyi kimi ailəsinin bütünlükdə infeksiyaya yoluxduğunu, bir qisminin hazırda müvafiq xəstəxanalarda müalicə olunduğunu, özünün isə karantində olması səbəbindən işləmədiyini və maddi vəziyyətlərinin ağırlaşdığını diqqətə çatdırıb.

Qeyd edək ki, hazırda dövlət başçısı İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, pandemiya dövründə həssas təbəqədən olan ailələrə dəstək məqsədilə həyata keçirilən sosial layihələr, ümumilikdə, 5 milyon əhalini əhatə etməkdədir.

Dövlət Komitəsi də öz səlahiyyətləri çərçivəsində, eyni zamanda, qeyri-hökumət təşkilatları, könüllü ailələri bu prosesə cəlb etməklə həssas təbəqədən olan ailələrə dəstək göstərilməsini daim diqqətdə saxlamaqla yanaşı, ehtiyaclarının ödənilməsi üçün müvafiq qurumlara yönləndirilməsi işini davam etdirir.

Bu gün də Komitənin nəzdində fəaliyyət göstərən Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən ailəyə növbəti yardım göstərilib və bildiririk ki, Dövlət Komitəsi Rəhman Cəfərovun ailəsində vəziyyətin normallaşması üçün aidiyyəti qurumlar tərəfindən tədbirlərin görülməsini nəzarətdə saxlayacaq.

Son xəbərlər

Orphus sistemi