Dövlət Komitəsi: Gülsarə Həziyevaya Füzulidə mənzil təklif olunub

Dövlət Komitəsi: Gülsarə Həziyevaya Füzulidə mənzil təklif olunub Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Füzuli rayonundan məcburi köçkün haqqında sosial şəbəkə və mətbuatda yayılan məlumatlara münasibət bildirib.
Sosial müdafiə
29 dekabr 2019 16:37
Dövlət Komitəsi: Gülsarə Həziyevaya Füzulidə mənzil təklif olunub

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Füzuli rayonundan məcburi köçkün haqqında sosial şəbəkə və mətbuatda yayılan məlumatlara münasibət bildirib.  

Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbərliyi və müvafiq şöbələri tərəfindən məsələ dərhal nəzarətə götürülüb.

Aparılmış araşdırma nəticəsində məlum olub ki, həmin şəxs Füzuli rayonundan məcburi köçkün Həziyeva Gülsarə Abbas qızıdır. G.Həziyeva Sabunçu rayonu, Sabunçu qəsəbəsi Qanboy Vəzirov 2 ünvanında müvəqqəti məskunlaşıb. Həyat yoldaşı yoxdur, 5 uşağı ilə birgə yaşayır.

Hazırda Dövlət Komitəsinin Bakıda xüsusi yaşayış fondunda boş mənzil olmadığı üçün ona Füzuli rayonunda yeni inşa edilmiş qəsəbədə dörd otaqlı mənzil təklif olunub. Bundan başqa, G.Həziyevaya Bakıda yeni qəsəbə istifadə verilənədək – üç ay müddətində kirayədə yaşamaq təklif edilib. Lakin məcburi köçkün Gülsarə Həziyeva hər iki təklifdən imtina edib. 

Son xəbərlər

Orphus sistemi