Dövlət Komitəsi: Gender bərabərliyinin təmin edilməsi tendensiyası dəyişib

Dövlət Komitəsi: Gender bərabərliyinin təmin edilməsi tendensiyası dəyişib “Azərbaycanda 2011-ci ildən bəri qadınlar sahibkarlıq sahəsində 250-dən çox struktur yaradıb”.
Sosial müdafiə
6 Mart , 2020 12:08
Dövlət Komitəsi: Gender bərabərliyinin təmin edilməsi tendensiyası dəyişib
Report / Firudin Səlimov

“Azərbaycanda 2011-ci ildən bəri qadınlar sahibkarlıq sahəsində 250-dən çox struktur yaradıb”.

“Report” xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova Avropa İttifaqının Azərbaycanda gender bərabərliyinin inkişafına dəstəyinə həsr olunmuş tədbirdə deyib.

“Biz qadınları sahibkarlıq fəaliyyətinə hazırlamaq, onların təhsili istiqamətində daim çalışırıq”, - o bildirib.

T.İbrahimova qadınların bir çoxunun qadın hüquqları sahəsində icra mexanizminin zəif olmasından şikayət etdiyini, bu istiqamətdə ölkədə qadınlar üçün 9 resurs mərkəzinin fəaliyyət göstərdiyini söyləyib.

“Dövlət, QHT və beynəlxalq təşkilatlar qadın hüquqlarının qorunması mexanizmlərinin daha səmərəli işləməsini təmin etmək üçün çalışır. Ancaq deyə bilərik ki, ümumilikdə, gender bərabərliyi məsələsində tendensiya, meyllər dəyişib. Bəli, biz maarifləndirmə ilə məşğuluq, amma, bu, kifayət deyil. Biz qadınları, onların layihələrini, o cümlədən sahibkarlıq təşəbbüslərini dəstəkləməliyik”, - şöbə müdiri vurğulayıb.

Son xəbərlər

Orphus sistemi