Dövlət Komitəsi: "Azərbaycanda qadınlara qarşı cinayətlərin təqribən yarısı məişət zorakılığı zəminində törədilir"

Dövlət Komitəsi: "Azərbaycanda qadınlara qarşı cinayətlərin təqribən yarısı məişət zorakılığı zəminində törədilir" "BMT-nin statistikasına əsasən, Azərbaycanda 8 faiz qadın zorakılığa məruz qalır"
Sosial müdafiə
18 May , 2016 12:25
Dövlət Komitəsi: Azərbaycanda qadınlara qarşı cinayətlərin təqribən yarısı məişət zorakılığı zəminində törədilir

Bakı. 18 may. REPORT.AZ/ "Son 9 ildə Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 1593 şikayət daxil olub".

"Report" xəbər verir ki, bunu Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib.

O bildirib ki, Azərbaycanda qadınlara qarşı törədilən cinayətlərin təqribən yarısı məişət zorakılığı zəminində baş verir: "Əsas şikayətlər təhlükəsizliyin təmin olunması, zorakılığın təkrarlanmaması, zorakılıq faktı üzrə aparılan işin gedişindən narazılıq və digər zorakılıqlarla bağlıdır".

Şöbə müdiri qeyd edib ki, 2010-cu ildən bugünə kimi zorakılığa məruz qalan qadınlarla bağlı çox az miqdarda mühafizə orderi tətbiq edilib: "BMT-nin statistikasına əsasən, Azərbaycanda 8 faiz qadın zorakılığa məruz qalır".

Son xəbərlər

Orphus sistemi