Dövlət Komitəsi: Azərbaycanda iş yerlərində seksizm halları baş verir

Dövlət Komitəsi: Azərbaycanda iş yerlərində seksizm halları baş verir Azərbaycanda iş yerlərində, təhsil və tibb müəssisələrində seksizm halları baş verir. Bəzi hallarda bu, zorakılığa məruz qalanların intihara əl atmasına gətirib çıxarır.
Sosial müdafiə
13 May , 2019 13:06
Dövlət Komitəsi: Azərbaycanda iş yerlərində seksizm halları baş verir

"Azərbaycanda iş yerlərində, təhsil və tibb müəssisələrində seksizm halları baş verir. Bəzi hallarda bu, zorakılığa məruz qalanların intihara əl atmasına gətirib çıxarır".

“Report” xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Avropa Şurasının “Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsi çərçivəsində Bakıda keçirilən “Gender bərabərliyi və media" adlı konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanda məcburi nikaha daxil olma halları da artıb.

Şöbə müdiri Azərbaycanda sosial şəbəkə istidəçilərinin də bəzi hallarda insan alverinin qurbanına çevrildiyini bildirib: "Azərbaycanda 24-30 yaşlı əhalinin 85 faizinin sosial şəbəkələrdən istifadə edir. Onlar da sosial şəbəkələrdə olunan seksual reklamları görürlər və bəzən qurbana çevrilirlər. Bir məsələni də qeyd edim ki, dünyada hər 30 saniyədə bir qadın insan alverinin qurbanı olur. Ümumilikdə, dünyada 700 milyon qadın məcburi nikaha daxil olub. Seksizm insan hüquq və azadlıqlarının pozulması deməkdir".

Dövlət Komitəsinin rəsmisi seksizmə qarşı qanunun gücləndirilməsinin zəruriliyini vurğulayıb: "Azərbaycanda gender bərabərliyi ilə bağlı qaydalar mətbuat haqqında qanuna əlavə edilməlidir. Məhz qanunun zəifliyi səbəbindən Avropada qadın jurnalistlərin, siyasətçilərin seksizmin təsirlərinə məruz qalması halları geniş yayılıb".

E.Səfərov qeyd edib ki, seksizmlə mübarizə aparmaq üçün ayrıca qurum yaradılmalıdır.

Son xəbərlər

Orphus sistemi