Dövlət Komissiyasının daimi İşçi Qrupunun əməkdaşlarının maaşları artırılıb

Dövlət Komissiyasının daimi İşçi Qrupunun əməkdaşlarının maaşları artırılıb Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun işçilərinin aylıq vəzifə maaşları artırılıb.
Sosial müdafiə
13 Avqust , 2019 12:59
Dövlət Komissiyasının daimi İşçi Qrupunun əməkdaşlarının maaşları artırılıb

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun işçilərinin aylıq vəzifə maaşları artırılıb.

"Report"un məlumatına görə, bununla bağlı Nazirlər Kabinetinin “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarında dəyişikliklər edilib.

Dəyişikliyə əsasən, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun işçilərinin aylıq vəzifə maaşları artırılaraq aşağıdakı kimi olub:

Sıra №-si Vəzifələrin adı Aylıq vəzifə maaşı (manatla)
1. İşçi Qrupunun rəhbəri 1275
2. İşçi Qrupunun rəhbərinin müavini 890
3. Sektor müdiri 770
4. Baş məsləhətçi 645
5. Böyük məsləhətçi 575
6. Aparıcı məsləhətçi - mühasib 505
7. Məsləhətçi 385

Qeyd edək ki, qərar bu ilin sentyabrın 1-dən qüvvəyə minir.

Son xəbərlər

Orphus sistemi