Dövlət Əmək Müfəttişliyi Xidmətinə yeni rəis təyin olunub

Dövlət Əmək Müfəttişliyi Xidmətinə yeni rəis təyin olunub ƏƏSMN-də kadr dəyişikliyi olub
Sosial müdafiə
4 Avqust , 2018 15:45
Dövlət Əmək Müfəttişliyi Xidmətinə yeni rəis təyin olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi / Report

Bakı. 4 avqust. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) kadr dəyişikliyi olub.

Bu barədə “Report”un sorğusuna cavab olaraq ƏƏSMN-dən bildirilib.

Belə ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Yalçın Müslümov və Elman Cəfərov vəzifələrindən azad ediliblər.

Nazir Sahil Babayevin digər əmri ilə Elman Cəfərov nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi təyin olunub. 

Qeyd edək ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin əvvəlki rəisi Əlizadə Fuad Rəhim oğlu idi. O, vəzifəsindən azad olunandan sonra nazirlikdə hər hansı vəzifəyə təyinat almayıb.

Son xəbərlər

Orphus sistemi