Dövlət Əmək Müfəttişliyi Xidməti 1 572 halda əmək qanunvericiliyinin pozulması faktını aşkarlayıb

Dövlət Əmək Müfəttişliyi Xidməti 1 572 halda əmək qanunvericiliyinin pozulması faktını aşkarlayıb "Əmək qanunvericiliyinin pozulması halları getdikcə azalır"
Sosial müdafiə
4 İyun , 2015 15:09
Dövlət Əmək Müfəttişliyi Xidməti 1 572 halda əmək qanunvericiliyinin pozulması faktını aşkarlayıb

Bakı. 4 iyun. REPORT.AZ/ Bu ilin may ayında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) 1 572 halda əmək qanunvericiliyinin pozulması faktını aşkar edib. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, DƏMX bu faktları əsasən özəl sektora aid müəssisələrdə, ticarət və ictimai iaşə, topdansatış, tikinti sektorlarında aşkarlayıb.

Həmin hüquq pozuntularının aradan qaldırması üçün tədbirlərin görülməsi təmin edilib. Ötən ay əmək qanunvericiliyinin pozulması hallarına görə aidiyyəti işəgötürənlərə İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə əsasən cərimələr tətbiq edilib və cərimələrin 55,83 faizi (191 121 manat) dövlət büdcəsinə ödənilib. Bu göstərici ötən ilin may ayına dair müvafiq göstərici ilə müqayisədə 42 997 manat və ya 29,02 faiz çoxdur.

Ümumilikdə cari ilin 5 ayında vətəndaşların əmək hüquqlarının təmin olunması ilə bağlı işəgötürənlərin məsuliyyətinin artırılması məqsədilə DƏMX tərəfindən həyata keçirilən təsirli tədbirlər ölkədə iş yerlərinin və məşğul əhalinin mütəmadi artımı şəraitində əmək qanunvericiliyinin pozulması hallarının getdikcə azalmasına şərait yaradıb. Belə ki, Xidmətin aşkar etdiyi hüquq pozuntularının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-may aylarında 8,27 faiz, o cümlədən may ayında 15,34 faiz azalıb. 

Son xəbərlər

Orphus sistemi