Dövlət Baytarlıq Nəzarəti Xidməti Qurban bayramı ilə əlaqədar görüləcək tədbirlər haqqında əmr imzalayıb

Dövlət Baytarlıq Nəzarəti Xidməti Qurban bayramı ilə əlaqədar görüləcək tədbirlər haqqında əmr imzalayıb Ət kəsimlərinə nəzarət gücləndirilir
Sosial müdafiə
11 Sentyabr , 2015 12:43
Dövlət Baytarlıq Nəzarəti Xidməti Qurban bayramı ilə əlaqədar görüləcək tədbirlər haqqında əmr imzalayıb

Bakı. 11 sentyabr. REPORT.AZ/ Sentyabrın 24-25-də qeyd olunacaq Qurban bayramı ilə əlaqədar görüləcək tədbirlər haqqında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti əmr imzalayıb. Bu barədə "Report"a Xidmətin mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəli bildirib.

Əmr Bakı şəhərinə gətirilən qurbanlıq heyvanların baytarlıq-sanitariya tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılan yerlərdən kənarda kəsilməsinin qarşısını almaq məqsədi ilə verilib.

Sənəddə Qurban bayramı ilə əlaqədar Bakı şəhərinə gətirilən heyvanların sağlam olması, həmçinin baş verə biləcək təhlükəli xəstəliklərin qarşısını almaq, ətin və digər məhsulların qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq-sanitariya ekspertizasının aparılmasına dövlət baytarlıq nəzarətinin gücləndirilməsi məqsədi ilə baytarlıq mütəxəssislərinin heyvanların kütləvi halda kəsildikləri Bakı şəhərinin ayrı-ayrı rayonlarına təhkim olunması qeyd edilir.

Eyni zamanda, əmrdə Bakı Şəhər Baytarlıq İdarəsinə Qurban bayramı ərəfəsində və bayram günlərində baytarlıq mütəxəssislərinin qurbanlıq heyvanlar satılan və kəsilən yerlərdə olmalarını təmin etmək tapşırılıb. Eləcə də rayonlardan gətirilən iribuynuzlu və xırdabuynuzlu heyvanların sağlamlıqları barədə 1 nömrəli şəhadətnamənin olmasını müəyyənləşdirmələri, bunun nəticəsindən asılı olaraq müvafiq tədbirlər görmələri, qurbanlıq heyvanların qəbulunda, saxlanmasında və kəsilməsində baytarlıq-sanitariya qaydalarına ciddi əməl etmələri tapşırılır.

Son xəbərlər

Orphus sistemi