Dövlət Agentliyinin sədri : "600-dən çox "Asan Xidmət" könüllüsü işlə təmin olunub"

Dövlət Agentliyinin sədri : "600-dən çox "Asan Xidmət" könüllüsü işlə təmin olunub" "Yalnız dövlət qurumlarında deyil, özəl sektorlar tərəfindən də könüllülərin işə götürülməsi həyata keçirilib"
Sosial müdafiə
6 May , 2016 17:46
Dövlət Agentliyinin sədri : 600-dən çox Asan Xidmət könüllüsü işlə təmin olunub

Bakı. 6 may. REPORT.AZ/ "Bu günə qədər 600-dən çox "Asan Xidmət" könüllüsü işlə təmin olunub".

"Report"un məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov "ASAN radio"nun “QəbuldASAN” verilişində bildirib.

Onun sözlərinə görə, hər bir "ASAN Xidmət" mərkəzinə 80-100 arası könüllü cəlb olunub: "Artıq könüllülərin məktəbi yaradılıb. Könüllülərin iş tapması üçün "ASAN kadr" qurulub. Bu proqram vasitəsilə yalnız dövlət qurumlarında deyil, özəl sektorlar tərəfindən də könüllülərin işə götürülməsi həyata keçirib". 

Son xəbərlər

Orphus sistemi