DOST Agentliyinin Çağrı Mərkəzinin vətəndaşlara gec cavab verməsinin səbəbi açıqlanıb

DOST Agentliyinin Çağrı Mərkəzinin vətəndaşlara gec cavab verməsinin səbəbi açıqlanıb Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) İdarə Heyətinin sədri Fərid Məmmədov “142” Çağrı Mərkəzinə düşməyin çətinliyinin səbəblərini açıqlayıb
Sosial müdafiə
19 Mart , 2021 12:58
DOST Agentliyinin Çağrı Mərkəzinin vətəndaşlara gec cavab verməsinin səbəbi açıqlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) İdarə Heyətinin sədri Fərid Məmmədov “142” Çağrı Mərkəzinə düşməyin çətinliyinin səbəblərini açıqlayıb.

“Report” xəbər verir ki, sədr “Sosial saat”da çıxışı zamanı agentlik yaranan gündən bu yana 1 milyondan çox vətəndaşa Çağrı mərkəzi vasitəsilə xidmət göstərildiyini bildirib.

O qeyd edib ki, bu sahədə bəzi çətinliklər mövcuddur: “Pandemiya dövründə karantinlə əlaqəli nazirliyin bəzi strukturlarında vətəndaş qəbulu müvəqqəti olaraq dayandırıldı və bu da istər-istəməz Çağrı Mərkəzinə axının artmasına gətirib çıxardı. Bununla yanaşı, pandemiya dövründə bir sıra sosial paketlər formasında dəstək mexanizmləri işə salındı. Bu da öz növbəsində Çağrı Mərkəzinə axınları kifayət qədər genişləndirdi. Odur ki, mövcud problemlərin aradan qaldırılması istiqamətində mütəmadi işlər görülür”.

F.Məmmədov bildirib ki, çox yaxın zamanlarda Çağrı Mərkəzinin operator sayının artırılması istiqamətində işlər görüləcək: “Operatorların sayı kəskin sürətdə artırılacaq. Eyni zamanda, zənglərin daxil olması ilə bağlı proses və prosedurlara yenidən baxılır. Orada yenidən təkmilləşdirmə aparılacaq. Proqram təminatı istiqamətində də yeniliklərin tətbiq olunması üzərində işlər gedir”.

Son xəbərlər

Orphus sistemi