DMX Xudat şəhərində maarifləndirmə tədbiri keçirib

DMX Xudat şəhərində maarifləndirmə tədbiri keçirib Xaçmazda yaşayan 14 əcnəbi və vətəndaşlığı olmayan şəxsin müraciəti dinlənilib
Sosial müdafiə
16 May , 2016 13:34
DMX Xudat şəhərində maarifləndirmə tədbiri keçirib

Bakı. 16 may. REPORT.AZ/ Xaçmaz regional miqrasiya idarəsinin əhatə etdiyi Xudatda maarifləndirmə tədbiri keçirilib.

Bu barədə "Report"a Dövlət Miqrasiya Xidmətindən bildirilib.

Tədbirdə vətəndaşsızlığın aradan qaldırılması, vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi prosesi, 10 gündən artıq ölkədə qalmaq istəyən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyat prosedurları, müvəqqəti və ya daimi yaşamaq üçün icazələrin verilməsi, əcnəbi işçi qüvvəsindən istifadə qaydaları, qanunsuz miqrasiyaya qarşı mübarizə ilə bağlı Xidmət tərəfindən görülən işlər barədə məlumat verilib.

Görüşdə ikili vətəndaşlıqla bağlı suala cavab olaraq DMX əməkdaşı bildirib ki, Azərbaycan vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, beynəlxalq müqavilələrində nəzərdə tutulan və ya Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilən hallar istisna olmaqla tanınmır.

Tədbirdə vətəndaşlıq məsələsi ilə bağlı Xaçmaz regional miqrasiya idarəsinin xidmət ərazisində yaşayan 14 əcnəbi və vətəndaşlığı olmayan şəxsin müraciəti dinlənilib və izahedici söhbət aparılıb.

Son xəbərlər

Orphus sistemi