"İlin sonunadək elektron xidmətlərin növlərinin sayı 150-yə çatdırılacaq".
“Report” xəbər verir ki, bunu DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov qurumun 6 aylıq yekunlarına həsr olunan hesabatı təqdim edərkən deyib.
O bildirib ki, əhaliyə göstərilən xidmətlərin 90 faizi tam elektronlaşmış olacaq: "İl ərzində yeni proaktiv xidmət növlərinin də istifadəyə verilməsi gündəlikdə yer alan məsələlər siyahısındadır".